ABŞ-ın Ben Laden kabusu bitmir...
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu şəxsin əvvəllər “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin şəxsi sürücüsü işləmiş 53 yaşlı Sufyan Ben Kumu olduğunu üzə çıxarıb.
Təhqiqat zamanı məlum olub ki, Quantanamo həbsxanasında saxlanılmış Sufyan Ben Kumu 2007-ci ildə Müəmmər Qəddafi hökumətinin nəzarəti altında Liviyaya ekstradisiya edilib. Lakin o, təcridxanadan qaçmağı bacarıb və 2011-ci ildə Müəmmər Qəddafiyə qarşı çıxan qiyamçıların sırasına daxil olaraq Liviya liderinin öldürülməsində iştirak edib. Mərkəzi kəşfiyyat İdarəsinin təsdiqini tapmamış məlumatlarına görə, Sufyan Ben Kumu 2011-ci il sentyabrın 11-də ABŞ-da 3 min insanın ölümünə yol açan terror aktının təşkilində də iştirak edib.
Xatırladaq ki, sentyabrın 12-də ABŞ-ın Benqazidəki konsulluğuna hücum nəticəsində ABŞ-ın Liviyadakı səfiri və 3 amerikalı diplomat öldürülüb. Sentyabrın 15-də “Əl-Qaidə” bəyan edib ki, ABŞ konsulluğuna hücum “Liviya pələngi” ləqəbli Əbu Yaxi əl-Libinin öldürülməsinə cavabdır. Əbu Yaxi əl-Libi terror təşkilatında ikinci şəxs olub.

1845