Argentina prezidentinin Atatürk üçün xüsusi hazırlatdırdığı tapança satılır - FOTO
20 sentyabr 2012 13:04 (UTC +04:00)

Argentina prezidentinin Atatürk üçün xüsusi hazırlatdırdığı tapança satılır - FOTO

Argentinanın sabiq prezidenti Marselo Torcuato de Alvear tərəfindən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə hədiyyə edilmək üçün sifariş verilmiş tapança satışa çıxarılır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Browning” markalı tapança sentyabrın 26-da Londondakı Christies Silah Muzeyində satışa çıxarılacaq.

Türkiyə Cümhuriyyətinin qurulmasının ildönümü ilə bağlı Atatürkə hədiyyə edilməsi nəzərdə tutulan tapançanın üzərində qızıl hərflərlə “General Mustafa Kemal” yazılıb. Christies Silah Muzeyinin rəhbərli Argentinanın o dönəmdəki prezidenti tərəfindən hazırlatdırılmış tapançanın Atatürkə çatdırılıb-çatdırılmadığı barədə məlumata malik olmadığını bildirirlər. Tapançanın ilkin atış qiyməti 72 min türk lirədir (təxminən 30 min manat).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352

Oxşar yazılar