ABŞ Birma prezidentinin sanksiyasını ləğv edib
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, ABŞ Myanmanın (keçmiş Birma) prezidenti Teyn Seynə qarşı tətbiq etdiyi sanksiyanı təxirə salıb. Bununla da Ağ Ev ölkədə demokratik dəyişikliklər üçün onu dəstəklədiyini nümayiş etdirib.
Amerikanın Maliyyə Nazirliyi bildirib ki, ölkə Aşağı Palatasının sədri Şve Mannaya qarşıda sərt tədbirlər təxirə salınıb. O, ölkədəki hərbi xuntanın üçüncü şəxsi sayılırdı. Həmin illərdə Teyn Seyn Myanmanın baş naziri olub.
Bir müddət öncə ABŞ diplomatik münasibəti bərpa edərək, insan haqlarını pozduğu üçün bu ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv etmişdi.
Bu ilin iyulunda prezident Barak Obama Myanmanın iqtisadiyyatına, o cümlədən neft-qaz yataqlarına ABŞ şirkətlərinin sərmayə qoymasına icazə verən fərmanı imzalamışdı.
ABŞ lideri hesab edir ki, Myanmada mülki hakimiyyət «demokratik yolla inkişafda irəliləyiş əldə edib, eləcə də iqtisadi вя siyasi islahatları gerçəkləşdirməkdədir».
«Sanksiyanın zəiflədilməsi bizim islahataları dəstəkləməyimizin açıq-aşkar göstəricisidir» - deyə, Obama bildirib.
Bununla yanaşı Vaşinqton hesab edir ki, Myanmada yenidənqurma hələ başa çatmayıb.
«ABŞ hakimiyyəti hələ də Myanmada sərmayə qoyuluşunda şəffaflığın olmamasından və iqtisadiyyatda hərbçilərin rolundan rahatsızdır» - bunu da, Obama vurğulayıb.
Xatırladaq ki, 2010-cu ilin noyabrında ölkə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə parlament formalaşmış, prezident seçilmişdi. Hakimiyyət 2003-cü ildə BMT-nin vasitəçiliyi ilə hərbi xuntada alınaraq, yeni qurulmuş hakimiyyət verilmişdi.
Qeyd edək ki, bir neçə ay öncə Birmada hakimiyyətin dəstəyi ilə ölkənin dinc müsəlman əhalsinə qarşı divan tutulmuşdu.
Sədrəddin Soltan

942