İsrail ordusu hərbi manevrə hazırlaşır
19 sentyabr 2012 21:18 (UTC +04:00)

İsrail ordusu hərbi manevrə hazırlaşır

Bu şəraitdə İsrail ordusu, TSAXAL-ın qərargah rəisi general Beni Hants Hollan yüksəkliklərində təcili təlimlərin keçirilməsi haqda gözlənilməz əmr verib.
Lent.az-ın «newsru»-ya istinadən məlumatına görə, təlim başlaması ehtiyyat hissələrin çağırılmasına səbəb olub. Bundan başqa mərkəzi hərbi dairənin taqımları vertolyotla hərbi manevrin keçiriləcəyi yerə, ölkənin şimalına «atılıb». Bu hərbi hissənin qalan yarısı isə döyüş atıcılığnı məşq edəcək.
Ordu komandanlığı manevrdə iştirak edəcək hərbçilərin sayı barədə məlumat verməyib. Ancaq bu təlimə ordunun Şimal və Mərkəzi dairəsi, Hərbi Hava Qüvvələri və fəaliyyətdə olan başqa hərbi hissələr, ehtiyatda olanlar cəlb olunduğunu mənbə bildirib.
Təlimə TSAXAL-ın briqada generalı Roi Riftin başçılıq edəcək. Məlumata görə, belə gözlənilməz hərbi manevrlər tez-tez keçirilir. Bunda məqsəd ordunun döyüş qabiliyyətini artırmaq və sayıqlığını yoxlamaqdır.
Ötən həftə TSAXAL-ın 91 diviziyası ölkənin Şimal sərhədində döyüş təyyarələri və vertolyotlarının dəstəyi ilə təlim keçirib.
Həmin manevr zamanı Livan «Hizbullah»-ının gözlənilməz hücumlarına cavab tədbirlərinin təlimi keçirilib.
Döyüş kəşfiyyatı doktrinasının hazırlanması üzrə məsul, polkovnik Əyal Russo bildirib ki, Suiriya ilə sərhəddə hərbi münaqişənin baş qaldırması halına, habelə İranın məsələsi həll olunan zaman Livanla sərhəddə yarana biləcək gərginliyə TSAXAL hazır olmalıdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1104

Oxşar yazılar