Müsəlman dünyası yenə silkələnəcək
Məhəmməd peyğəmbərin təhqir edildiyi “Müsəlmanların məsumiyyəti” filmi ilə bağlı müsəlman ölkələrində yaşanan etiraz dalğaları səngiməmiş növbəti qalmaqalın əsası qoyulub. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Fransada nəşr edilən “Charlie Hebdo” jurnalı bu gün işıq üzü görən sayının üz səhifəsində Məhəmməd peyğəmbərlə bağlı karikatura dərc edib.
Jurnalın üz səhifəsində bir yəhudi din adamının sürdüyü arabada bir müsəlman var. Dərginin iç səhifələrində isə Məhəmməd peyğəmbəri çılpaq təsvir edən karikaturalar var. “Charlie Hebdo” bu addımıyla Fransada “Müsəlmanların məsumiyyəti” filmi ilə bağlı aksiya keçirən müsəlmanlara etirazını ifadə etdiyini açıqlayıb.
Fransa rəhbərliyi isə karikaturaların yenidən etiraz aksiyaları və qarşıdurmalara yol açacağından ehtiyat edir. Baş nazir Jean-Marc Ayrault karikaturaları tənqid edib, Fransa hökumətinin bu cür radikal addımları dəstəkləmədiyini söyləyib və hər kəsi məsuliyyətli olmağa çağırıb. Onun sözlərinə görə, söz və ifadə azadlığı qanunların müəyyənləşdirdiyi sərhədlərin çərçivəsindən kənara çıxmamalıdır.
Misirdə səfərdə olan Fransa xarici işlər naziri Loran Fabius da istənilən təxribatlara qarşı çıxış etdiyini, ancaq eyni zamanda Fransada söz azadlığının mövcud olduğunu dilə gətirib.

4252