İran danışığa gedənə oxşamır – təhlil
19 sentyabr 2012 05:01 (UTC +04:00)

İran danışığa gedənə oxşamır – təhlil

Lent.az-ın «AFR»-a istinadən məlumatına görə, diplomatik mənbələr bu tədbir cari il oktyabrın ortalarında keçiriləcəyini bildiriblər.

AEBA-nın baş direktoru Yukiya Amano yeni müzakirələrə hazır olduqları haqda Tehranı məlumatlandırdığını desə də, görüşün keçiriləcəyi vaxtı dəqiq bildirməyib.

«AEBA İrana nüvə materiallarının sızması halları ilə bağlı yoxlamaları davam etdirir. Ancaq Tehran bizim bu halın olmaması ilə bağlı bəyanat verməyimiz üçün agentliklə gərəkən əməkdaşlığı etmir.Ona görə də biz nüvə materiallarının dinc məqsəd üçün istifadə olunduğunu söyləyə bilmirik»-deyə, baş direktor bildirib.

O, AEBA –nın Tehranla nüvə problemi ilə bağlı məhsuldar danışığın olacağını hələ də ümid etdiyini deyib.

İranın qurumdakı təmsilçisi Əliəsgər Soltaniya isə bildirib ki,İslam Respublikası «milli təhlükəsizliklərinə xələl gəlməyəcəyi təqdirdə» agentliklə əməkdaşlığa hazırdır.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Bürucerdi isə AEBA-nın bütün şübhələrini açıq şəkildə cavablandırıb: “Ona görə də İran müzakirələrin uzadılması məqsədilə yeni mövzuları gündəmə gətirəcək təklifləri qəbul etməyəcək. Müzakirələrin yeni mərhələsi öncədən təyin olunmuş proqram əsasındadır və İran bu kimi iclaslarda ABŞ-ın əsassız iddialarını zərərsizləşdirməyə çalışacaq”.

Onun sözlərinə görə, agentlik texniki və hüquqi qaydalar çərçivəsində vəzifəsini yerinə yetirərək, «ABŞ-ın xeyrinə siyasi təşkilata çevrilməkdən» qaçmalıdır: «İran “altılıq” ölkələri ilə nüvə müzakirələrində qarşı tərəfin heç bir yeni təklifini qəbul etməyəcək”.

Heç şübhəsiz Tehran rəsmilərinin bu sayaq davranışın ölkədə hakimiyyətdən fərqli düşünənləri rahatsız etməkdədir.

Vəziyyətin ağırlığı ilə bağlı İran İslam Respublikasının keçmiş ədliyyə naziri Əhməd Sədr Hacı Seyid Cavadi, Tehran Universitetinin keçmiş rektoru Məhəmməd Məliki, jurnalist və kinorejissor Məhəmməd Nurizad, universitet müəllimi Məhluqə Ərdəlan və keçmiş siyasi məhbus Məhəmmədəli Əmuyi birgə bəyanatla çıxış ediblər.
İranda 5 tanınmış siyasi və mədəni fəal birgə bəyanat yayaraq hakimiyyətdən apardığı təhrikçi siyasətə son qoymasını istəyiblər: “Müharibənin qara buludları yenə başımızın üstünü kəsdirib. Söhbət 8 illik müharibədən daha ağır faciələr törədəcək dəhşətli bir müharibədən gedir. Bu günlər müharibə təbilinin səsini eşidəndə yenidən canımıza üşütmə düşür, titrəməyə başlayırıq. İnsan həyatını məhv edəcək müharibə kabusunu nəyin bahasına olursa olsun ölkəmizdən uzaqlaşdırmalıyıq.
İran rəsmilərinə üz tutub deyirik ki, qarşıdurma və zorakılığa gətirib çıxara biləcək əməllərdən əl çəkin. Çünki bu əməllər millətin belini qıran yeni sanksiyaların tətbiq olunmasına, xalqımıza qarşı 3 qətnamənin qəbul edilməsinə gətirib çıxarıb. Biz İran rəsmilərindən ölkəmizə qarşı müharibənin başlanmasına səbəb ola biləcək istənilən təhrikçi bəyanatları səsləndirməkdən imtina etmələrini, xalqımızın iqtisadi baxımdan daha çox təzyiqə məruz qalmasına bəhanə verməmələrini istəyirik».
Ötən gün ölkənin ali rəhbəri Seyid Əli Xamneyi Noşhərdə ordu komandirləri ilə görüşündə hədələyici, təhrikedici çıxışa üstünlük verib.
O, ordu qüvvələrinin nəzərə çarpan nailiyyətlərinin qeyd edərək vurğulayıblar:« İslam Respublikasının silahlı qüvvələri öz qabiliyyətlərini o həddə çatdırmalıdır ki, heç bir qüvvə ölkənin möhkəm hasarını sındırmağa və İran xalqına qarşı təcavüz etməyə cəsarət etməsin».

Onun sözlərinə görə, hərbi sənayedə əldə etdikləri uğurlar İrana hücumu mümkünsüz edir.

İslam Respublikasının ali baş komandanı son zamanlar ölkənin hərbi potensialnın artdığını da vurğulayıb:«Silahlı Qüvvələrimizin elminin, təhsilinin səviyyəsi davamlı olaraq artması vacibdir. Silahlı Qüvvələrimizi insanlığı əhatə edən, İslamın hərbi prinsipləri əsasında qarşısına qoyulan hədəfə doğru irəliləyir...».
Bu çıxışdan da göründüyü kimi İslam Respublikasının rəhbərliyi danışığa gedənə deyil, daha çox savaşa hazırlaşana oxşayır.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar