Ağ Ev prezidentliyə Respublikaçı namizədi tənqid edir
Mitt Romninin Barak Obama tərəfdarlarını "ələbaxan ABŞ vətəndaşları» adlandırması videoda göstərilib. O, bu sözləri hökumət müavinətlərindən faydalanmağa çalışan seçicilərə ünvanlayıb.
Liberal jurnal «Mother Jones»-un veb səhifəsində yayımlanan video cənab Romnini mayda özəl pul toplama mərasimində çıxışıtı da göstərib.
"Heç nədən asılı olmayaraq əhalinin 47 faizi prezidentə səs verəcək. Deməli, hökumətdən asılı olan, özlərinə yazıqları gələn, hökumətin onların qayğısına qalmalı olduğunu, hökumətin pulsuz səhiyyə, ərzaq, ev və s. xidmətlərindən yararlanmalı olduğunu düşünən 47 faiz insan prezidentlə olacaq" - deyə o, həmin görüntüdə bildirib.
Cənab Romni auditoriyaya deyib ki, o, bu insanların səsini almayacağından narahat deyil, çünki o, heç vaxt bu insanları öz üzərlərinə məsuliyyət götürməyə inandıra bilməz.
Videonun açıqlanmasına reaksiya verən cənab Romni deyib ki, o, prezidentlə özü arasındakı fərqi cızmaq istəyirdi, lakin etiraf edib ki, bu, daha eleqant şəkildə edilə bilərdi.

782