Rusiyada taxıl etihyatı azalıb
18 sentyabr 2012 22:45 (UTC +04:00)

Rusiyada taxıl etihyatı azalıb

Lent.az-ın «Lenta.ru»-ya istinadən məlumatına görə, bu haqda ölkənin statistika mərəkəzi rəsmi hesabat yayıb.

Mənbənin bildirdiyinə görə, kənd təsərrüfatı qurumlarında olduğu kimi emalçılarda ehtiyat azalma ilə müşahidə olunur.

Bu ahlın yaranmasına səbəb 2012-ci ildə ötən illə müqayisədə daha az taxıl yığıldığı göstərilir. Ötən il 94,2 milyon ton taxıl yığılmışdısa, bu il isə 70-75 milyon ton məhsul toplanması rəsmi olaraq proqnozlaşdırılır.

Bununla belə Rusiya Taxıl Birliyi ehtimal edib ki, sentyabrın ortalarında istehsalçılar 5 milyon ton taxılı rəsmi statistikadan «gizlədiblər».

Hələlik hakimiyyət bu məhsul ixracı ilə bağlı heç bir məhdudiyyət tətbiq etməyib.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar