Bütöv Azərbaycandan danışan konqersmen : «Məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır» -Müsahibə
18 sentyabr 2012 20:42 (UTC +04:00)

Bütöv Azərbaycandan danışan konqersmen : «Məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır» -Müsahibə

Son yüz ildə dünyada baş verən ciddi olaylar zamanı Güney Azərbaycan məsələsinə diqqətin artıdığı müşahidə olunub. Heç şübhəsiz Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması hadisələr sakitləşdikdən sonra yaddan çıxıb.

Rohrabaherin müraciəti də məsələnin yenidən dünya gündəliyinə gətirilməsi, beynəlxalq ictimaiyyətin bu yöndə məlumatlandırılması baxımından az maraq kəsb etmir.

Ona görə də onun “BBC Azərbaycana”a verdiyi eksklüziv müsahibəni diqqətinizə çatdırı verib:“İranda azərbaycanlıların öz müqəddəratını təyinetmə hüqüqunun tanınmasna dair Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim etdiyim qətnamə layihəsi məqsədə doğru birinci addımdır”.

Qeyd edək ki,«H.CON.RES. 137 qətnamə» layihəsi “Bölünmüş Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, ölkəsini seçmək hüququndan” bəhs edir.

Layihənin müəllifi, Nümayəndələr Palatasının xarici məsələlər və təhqiqatlar üzrə alt komitəsinin sədri Rohrabaher deyib: “Əsas məqsədim bu ideyanı beynəlxalq müzakirəyə çıxarmaqdır. Biz onu qanun halına salmalı idik ki, həm Birləşmiş Ştatlarda, həm də dünyanın başqa yerlərində geniş debat mövzusu aça bilək.

....Növbəti addım isə Konqresdə qətnamə layihəsi üzərində dinləməyə nail olmaq və qanunverici mərhələlər üzrə irəliləməkdir”.

Kaliforniyadan seçilmiş respublikaçı konqresmen bu ilin iyulunda dövlət katibi Hillari Klintona məktub yazaraq, «Azərbaycan xalqının razılığı olmadan 1828-ci ildə Rusiya və Fars imperiyaları arasında bölündüyünü» bildirmişdi. Dövlət Departamenti məktubdan agah olduğunun və ölkələrin “ərazi bütövlüyünü dəstəklədiyini” elan etmişdi.

Dövlət Departamentinin cavabına reaksiya verən Rohrabaher bildirib ki, onun təşəbbüsü sərhəd dəyişikliyinin dəstəklənməsi anlamına gəlməməlidir. Sadəcə, o hesab edir ki, İranın Azərbaycan əyalətlərində yaşayan adamların ayrılmaq istədiyini bilib-bilməmək üçün referendum keçirilməlidir: “Mesajım odur ki, azərbaycanlılarla dünyadakı bütün xalqlarla olduğu kimi davranılmalıdır. İlk növbədə onlara öz gələcəklərini müəyyənləşdrimək haqqı verilməlidir...

Mən demirəm ki, bu gələcək konkret harada olmalıdır, amma bir şeyə əminəm ki, o, mütləq seçki qutularında, özü də saxtalaşdırılmamış seçkinin nəticələri əsasında müəyyənləşməlidir. Bu insanlara milli kimliklərini, mədəni haqlaını müəyyənləşdirmək imkanı verməkdir. Azərbaycanlılar səs vermək, seçmək və gələcəklərini harada - İranda, Azərbaycanda, yoxsa tamamilə müstəqil bir ölkədə gördüklərini özləri müəyyənləşdirmək iqtidarında olmalıdırlar. Bu, onların təməl haqlarıdır və dünyadakı başqa xalqlar kimi, onların da bu bundan bəhrələnmək öz müqəddəratını təyin etmək hüququ var”.

O həmçinin yada salıb ki, əsasən etnik azərbaycanlıların yaşadığı İran əyalətləri Şərqi və Qərbi Azərbaycan adlanır. Bununla da Tehran hökuməti təsdiq edir ki, azərbaycanlıların vətəni bölünüb...

“Bu qanun layihəsi əslində konkret bir məqsədə yönəlib - addım atmaq. Konqresdə müzakirələrin nəticəsindən asılı olmayaraq, bu bir tarixdir və hazırda baş verənlər də tarixə yazılır”, deyə konqresmen bildirib. Onun fikrincə, beynəlxalq ictimaiyyət bu günlərdə İran azərbaycanlılarının haqları uğrunda qızğın müzakirənin iştirakıçısı olub, münasibətini bildirəcək.

Konqresmen onun təşəbbüsünü tənqid edənlərə də mesaj ünvanlayıb. Belə ki, onu azərbaycanlıların məsələsini qabartmaqla ABŞ-İran və Bakı-Tehran münasibətlərini, eləcə də İrandakı azərbaycanlıları risk qarşısında qoymaqda ittiham edənlər var. Rohrabaher deyib ki, ABŞ-ın tarixi siyasəti xalqlara təcavüzün və onların hüquqlarının pozulmasının qarşısını almaqdan ibarət olub. “Mənim mesajım odur ki, xalqa xarici məcburiyyət olmadan, sülh və barış içində yaşayan millətlər birliyində öz statusunu seçmək imkanları verilməlidir”, - deyə o, vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1137

Oxşar yazılar