Çeçenlərdən Saakaşviliyə ultimatum: “...bağışlamayacağıq”
18 sentyabr 2012 16:56 (UTC +04:00)

Çeçenlərdən Saakaşviliyə ultimatum: “...bağışlamayacağıq”

Amma biz şəriət qaydaları ilə yaşayırıq. Gürcü xalqı ilə də qardaşıq. Bilsinlər, öldürülən qardaşlarımızın qanını bağışlamayacağıq”. Lent.az-ın “Vzqlyad” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Pankisi dərəsində yaşayan çeçenlər - kistinlərin müxtəlif KİV-ə ünvanladığı məktubda bildirilir.

Məktubu imzalayanlardan biri - Muxammad Borçaşvili isə “Vzqlyad”a bildirib ki, bir qədər əvvəl Gürcüstanını Rusiya ilə sərhədində öldürülənlərin ikisi kistinlərdir.

“Onlarla heç bir danışıq aparmadan amansızcasına güllələyiblər. Onları Gürcüstan iqtidarı qətlə yetirib. Prezident Saakaşvili unutmamalıdır ki, biz qardaşlarımızın bir damcı qanını belə bağışlamayacağıq”.

Xatırladaq ki, avqustun sonunda Gürcüstan xüsusi təyinatlıları Lapota kəndi yaxınlığında keçirdikləri əməliyyat zamanı 11 nəfər öldürülmüşdü. Onlardan ikisi etnik çeçenlər olan kistinlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024

Oxşar yazılar