Türkiyə hərbi maşın karvanı keçən yol partladıldı - FOTO
18 sentyabr 2012 16:25 (UTC +04:00)

Türkiyə hərbi maşın karvanı keçən yol partladıldı - FOTO

Bu gün saat 14:45 radələrində Türkiyədə hərbi maşın karvanının keçdiyi yolda bomba partladılıb.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partlayış Bingöl-Muş magistral yolunda törədilib. Partlayışdan sonra hərbi maşınlardan biri yanmağa başlayıb. PKK terrorçuları məsafədən bombanı partlatdıqdan sonra karvanı atəşə tutublar. Bölgəyə yeni hərbi birliklər göndərilib, əməliyyat aparılır. Bingöl valisi Mustafa Hakan Güvençer 1 əsgərin şəhid olduğunu, 48 əsgərin yaralandığını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1215

Oxşar yazılar