Gülünc fətva: Qadınlar kişi olmadan internetə girməyəcəklər
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Şeyx Saad Əl-Gamdi adlı din adamı yanında kişi olmadan qadınların internetdən istifadəsini qadağan edən fətva verib. Bu, Səudiyyə Ərəbistanında bəzi din adamlarının da etirazına səbəb olub. İmam Məhəmməd bin Saud Universitetinin ilahiyyat professoru Şeyx Məhəmməd Əl-Ali deyib ki, internetdə zərərli saytlar olsa da, internetdən istifadə hüququ qadınlar və kişilər üçün eyni olmalıdır. Şeyx Saad Əl-Gamdi isə bildirib ki, qadınlar da digər canlılara bənzəyir, amma zəif və həssasdırlar: “Bu da onları Allahın əmrinə qarşı çıxmağa sürükləyir. İnternet insanları yoldan çıxaran şeylərlə doludur, qadınların bunlara qarşı çıxması çox çətindir”.
2398