Rusiya Ermənistandan alabalıq idxalına qadağa qoydu
18 sentyabr 2012 07:55 (UTC +04:00)

Rusiya Ermənistandan alabalıq idxalına qadağa qoydu

Lent.az-ın ANSPress-ə istinadən məlumatına görə,Rusiyanın Baytarlıq Xidməti İslandiyanın “Vinnslustooin HF” və Ermənistanın “Akvatexavtomatika” QSC şirkətlərinin məhsullarının idxalına qadağa qoyub. Qadağa sentyabrın 27-dən qüvvəyə minəcək.

Rusiya hökumətinin məlumatına görə, İslandiyadan gətirilən skumbriya balığı və Ermənistandan gətirilən alabalıqda (“forel”) bağırsaq çöpləri qrupuna aid bakteriyalar aşkarlanıb. Həmin şirkətlər əvvəllər Rusiyanın tələblərini pozan müəssisələrin “qara siyahı”sına daxil edilmişdi.

Rusiyanın uyğun qurumları Braziliya, Danimarka, Litva, Ukrayna, Çin və İspaniyadan gətirilən ət və balıq məhsullarına da nəzarəti gücləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2537

Oxşar yazılar