Qahirədə «Suriya toplantısı» keçirilib
Lent.az-ın «habertürk»-ə istinadən məlumatına görə, Əhməd Davudoğlu, Ələkbər Salehi və Məhəmməd Kamil Əmr arasında məsələyə dair 3 saatlıq görüşdən sonra diplomatlar mətbuat konfransı keçirib.
Davudoğlu üç dövlətin təmsilçilərinin bir araya gəlməsinin önəmli olduğunun
vurğulayaraq, «Suriya xalqının da başına özü seçdiyi rəhbərliyin gələcəyinə» inandığını söyləyib.
İranlı diplomatı isə görüşü belə dəyərləndirib:«Anlaşa bildiklərimiz anlaşa bilmədiklərimizdən çoxdur».
O, Nyu-Yorkda BMT-nin Suriya üzrə özəl təmsilçisi İbrahiminin iştirakı ilə yenidən bir araya gələcəklərini də bildirib.
Misirli diplomat M.K.Əmrin sözlərinə görə, onlar Suriyada qətllərin təcili olaraq, dayandırılması yollarını arayıblar. O, Səudiyyə Ərəbistanının «üzrlü səbəbdən yığıncağa qatılmadığını» deyərək, bildirib ki, bununla belə rəsmi Ər-Riyad da problemin həllinin əsas hədəfi olduğunu bəyan edib.
Sədrəddin Soltan

705