Kimyəvi silahın sınağına qvardiya da qatılıb?
18 sentyabr 2012 00:44 (UTC +04:00)

Kimyəvi silahın sınağına qvardiya da qatılıb?

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Almaniyanın «Der şpiqel» qəzeti bu il avqustun sonunda Suriya ordusunun kimyəvi döyüş başlıqları olan silahı sınaqdan çıxarması barədə xəbər yayıb.

Qəzetin yazdığına əsasən, sınaq Hələb yaxınlığındakı çöllükdə, ölkənin ən iri kimyəvi sınaq poliqonunda, «A-Sapir» bazasında keçirilib.Məlumatda 5-6 raketin sınaqdan çıxarılıdığı bildirilib.

Mənbə onu da vurğulayıb ki, İran İnqilab Keşikçiləri Qvardiyasının zabitləri vertoloyotla «A-Sapir»-ə gətiriliblər.

Bir müddət öncə, bu bazada İran və Şimali Koreyadan olan mütəxəssislərin işlədiyinə dair dünyanın informasiya vasitələrində məlumat yayılmışdı. Məlumata əsasən, bir ay öncə bazanı qoruyanlar qvardiyanın 4-cü diviziyasının döyüşçüləri ilə əvəzlənib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar