İTAR-TASS-ın rəhbəri işdən çıxarıldı
17 sentyabr 2012 19:39 (UTC +04:00)

İTAR-TASS-ın rəhbəri işdən çıxarıldı

İTAR-TASS Dövlət Agentliyinin baş direktoru Vitali İqnatenko tutduğu vəzifədən azad olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın baş naziri Dmitriy Medvedev bu gün müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, Sergey Mixaylov İTAR-TASS dövlət Agentliyinin direktoru təyin olunub.
Qeyd edək ki, Sergey Vladimiroviç Mixaylov 1971-ci ildə martın 17-də Arxangelskdə doğulub. Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) jurnalistika fakültəsini birirən S. Maxaylov bir sıra vəzifələrdə çalışıb. O, Rusiyada ilk PR mütəxəssisi kimi tanınır. “Mixaylov və partnyorları” şirkətinin sahibi olan Sergey Mixaylov 2006-cı ildən “Rusiya dəmir yolları” şirkətində departament sədri vəzifəsində çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289

Oxşar yazılar