Rusiya Qafqazda təlimlərə başladı - FOTO
17 sentyabr 2012 16:55 (UTC +04:00)

Rusiya Qafqazda təlimlərə başladı - FOTO

Rusiya prezidenti Vladimir Putin “Qafqaz-2012” hərbi təlimlərini müşahidə etmək üçün Krasnodara gəlib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu gündən etibarən Rusiyanın cənub regionunda “Qafqaz-2012” təlimləri başlayır.

Məlumata görə, Putinin də qatılacağı təlimlərin ilkin mərhələsinə minlərlə hərbçi, 200 hərbi maşın, 100-dən artıq artilleriya qurğusunun cəlb edilib.

Bəzi ekspertlərin fikrincə, “Qafqaz-2012” miqyasına görə Rusiyanın indiyəcən bu regionda təşkil etdiyi ən böyük hərbi təlimdir.

“Kavkazskaya politika” qəzetinin yazdığına görə, təlimlərin ikinci mərhələsi Dağıstanı və digər Şimali Qafqaz respublikalarını əhatə edəcək. Xüsusi ilə Dağıstanın cənubunda, Azərbaycan və Gürcüstanla sərhəddə təlimlərdə 6 mindən çox hərbi heyətə malik 7-ci Novorossiysk qvardiya desant-hücum diviziyasının iştirakı gözlənilir.

Məlumata görə, bu diviziya 1990-cı ilin 20 Yanvarında Bakıya yeridilən və qanlı qırğınlar törədən hərbi birləşmənin, necə deyərlər, varisidir. Bu diviziya Çeçenistanda yaraqlılara qarşı döyüşlərdə də iştirak ilə tanınıb.

Bəzi analitiklərin fikrincə, 7-ci diviziyanın Dağıstanın cənub rayonlarına yeridilməsinin səbəbi də son vaxtlar bu regionda terror və ekstremizm hallarının artmasıdır.

Rusiya hərbi mənbələri təlim bitəndən sonra diviziyanın öz daimi dislokasiya yerinə qayıdacağını bildiriblər.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1714

Oxşar yazılar