Fransa “Müsəlmanların məsumiyyəti”-nə etiraza qadağa qoydu
17 sentyabr 2012 16:08 (UTC +04:00)

Fransa “Müsəlmanların məsumiyyəti”-nə etiraza qadağa qoydu

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Fransa Daxili İşlər Nazirliyi Məhəmməd peyğəmbərin təhqir olunduğu filmə etiraz edən müsəlmanların Parisdəki ABŞ səfirliyinə hücumundan sonra belə qərar verib.

Fransa polisi bazar günü ABŞ səfirliyi qarşısında aksiya keçirmək istəyən kütləyə qarşı sərt davranıb, 150 nəfər həbs olunub. Daxili işlər naziri Manuel Valls televiziya ilə çıxışında deyib ki, aksiyaların qadağan olunması barədə qərar verib və bu qərar ən sərt formada həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1165

Oxşar yazılar