NATO hərbçiləri 8 qadının ölümünə səbəb oldu
NATO-ya məxsus hərbi təyyarələr Əfqanıstanın paytaxtı Kabulun şərqindəki Lagman əyalətində Taliban yaraqlılarına qarşı əməliyyat həyata keçirib. Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, həyata keçirilən əməliyyatlar zamanı 8 qadın ölüb, 8 nəfər isə yaralanıb.
NATO rəsmiləri insan itkisinə görə üzr istəyib. Lakin ölənlərin yaxınları ABŞ əleyhinə etiraz aksiyası keçiriblər.
Bundan başqa, ölkənin cənubundakı Kabul əyalətində 4 ABŞ əsgərinin öldürüldüyü də bildirilir.

960