Müsəlmanları ayağa qaldıran filmin prodüseri - FOTO
17 sentyabr 2012 12:34 (UTC +04:00)

Müsəlmanları ayağa qaldıran filmin prodüseri - FOTO

ABŞ Federal Təhqiqat Bürosu Məhəmməd peyğəmbərin təhqir edildiyi “Müsəlmanların məsumiyyəti” filminin prodüserinin Nakoula Basseley Nakoula olduğunu müəyyənləşdirib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə Kaliforniya ştatının Cerritos bölgəsində yaşayan 55 yaşlı Misir əsilli kopt xristianı Nakoula Basseley Nakoula bundan öncə sənəd saxtalaşdırılması ilə əlaqədar dələduzluqla bağlı mühakimə edilib və şərti azadlığa buraxılıb.


O, sənəd saxtalaşdırılması ilə əlaqədar dünən polis şöbəsində növbəti dəfə ifadə verib. Nakoula Basseley Nakoula polis şöbəsinə ifadə verməyə aparılarkən üzünü örtüb. İfadə verdikdən sonra da filmilə bağlı təhdidlərdən çəkindiyi üçün evinə dönməyib. İngiltərənin “Daily Mail” qəzeti isə Nakoula Basseley Nakoulanın film çəkilişləri zamanı çəkilmiş bir foto-şəklini yayımlayıb. O, filmdə rol alan Anna Gurji ilə birgə şəkil çəkdirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432

Oxşar yazılar