Suriyada 1 gündə 140 nəfər öldürüldü
Bəşər Əsədə sadiq hərbi birləşmələrin həyata keçirdiyi əməliyyatlar zamanı Suriyada son gündə ölənlərin sayı 140 nəfərə çatıb. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, bu barədə Suriya İnqilab Şurası məlumat yayıb.
Şuranın yaydığı açıqlamada qeyd olunur ki, hərbi əməliyyatlar ölkənin İdlib, Dera, Hums, Hələb, Dəyruz və digər regionlarında həyata keçirilib: “Əməliyyatların həyata keçirildiyi bölgələrin əksəriyyətində elektrik enerjisi kəsilib və hərbi təyyarələr adıçəkilən regionları bombalayıb”.
Qeyd edək ki, hərbi əməliyyatlar gecə saatlarında da davam etdirilib.

1025