Neteniyahu: “6-7 aya İran atom silahına daha yaxın olacaq”
17 sentyabr 2012 10:16 (UTC +04:00)

Neteniyahu: “6-7 aya İran atom silahına daha yaxın olacaq”



İsrailin baş naziri Benyamin Netaniyahu ABŞ-ın “NBC” telekanalına müsahibəsində bölgədəki vəziyyətdən danışıb. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yəhudi hökumətinin başçısı İranın 6-7 ay ərzində nüvə silahı əldə etməyə daha yaxın olacağını söyləyib.

O, qeyd edib ki, 2013-cü ilin ortalarında İranın zənginləşdirdiyi uran onu nüvə silahı əldə etməyə 90 faiz yaxınlaşdıracaq. Ona görə də, B.Netaniyahu ABŞ-dan İranın bu niyyətinin baş tutumaması üçün uyğun addım atmasının istəyib.

İsrailin hökumət başçısı onu da bildirib ki, İranın nüvə silahı əldə etməsi “bölgədə sabitliyi pozacaq” deyənlərlə razı deyil: “Məsələyə belə yanaşma insan axmaqlığının yeni standartıdır”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar