İran Salman Rüştünün qətli ilə bağlı mükafatını artırdı
16 sentyabr 2012 23:26 (UTC +04:00)

İran Salman Rüştünün qətli ilə bağlı mükafatını artırdı

İran Salman Rüşdünün qətlə yetirilməsi üçün təyin olunmuş mükafatı 500 min ABŞ dolları artırıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə İran 15 Xordad Vəqfinin rəsmisi Həsən Sanei bildirib.

Onun sözlərinə görə, hazırda mükafatın məbləği 3 milyon 300 min ABŞ dolları təşkil edir: “Ayətullah Xomeyninin tarixi fətvası yerinə yetirilmədikcə İslam dininə qarşı hücumlar davam edəcək. Şübhəsiz, bu ölüm fətvası zamanında reallaşdırılsaydı, karikatura, yazı və film çəkilişi kimi daha sonrakı həyasızca cəhdlərə cəsarət edilə bilməzdi”.

Qeyd edək ki, İran İslam İnqilabının banisi, ayətullah Xomeyni İslam dini, onun kitabı və peyğəmbərini təhqir edən “Şeytan ayələri” əsərini yazdığına görə hind əsilli britaniyalı yazıçı Salman Rüşdü haqqında ölüm fətvası verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1526

Oxşar yazılar