İranda ABŞ əleyhinə kütləvi aksiyalar keçirildi
Sentyabrın 14-də İranın paytaxtı Tehran da daxil olmaqla bütün şəhərlərdə ABŞ əleyhinə növbəti aksiya keçirilib.
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, yüz minlərlə insan cümə namazından sonra küçələrə axışaraq, ABŞ-da çəkilən və islam dinini, onun peyğəmbərini təhqir edən “Müsəlmanların məsumiyyəti” filminin istehsalına kəskin etirazlarını bildiriblər.
Yürüş-mitinq iştirakçıları ABŞ-ın bayrağını yandırıb, “Obamaya ölüm!” şüarı səsləndirib və İsraili pisləyiblər. Sonda nümayişin qətnaməsi oxunub və ABŞ rəhbərliyinin dünya müsəlmanlarından üzr istəməsi tələb olunub.

875