Talibanın şahzadəni öldürmək niyyəti baş tutmadı
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həmin hərbi bazada Britaniya şahzadəsi Harri xidmət edir.
Şahzadənin bu ölkəyə ikinci hərbi ezamiyyəti ilə bağlı «taliblər» bildirmişdi ki, şahzadənin «diri girov» götürsələr daha yaxşı olar,bu alınmazasa ölüsünü də ələ keçirə bilərlər.
Məlumata əsasən, talibançılar bildirib ki, «Kemp Bastion»a hücum «Müsəlmanların məsumiyyəti» filminin qisasıdır.
NATO-nun məlumatına görə, sözü gedən bazanın yerləşdiyi Hilmend əyalətində ABŞ-ın iki hərbi dəniz piyadası həlak olub. Şahzadə xəsarət almayıb. Həmin ərazidə başqa dövlətlərin hərbiçiləri də yerləşib.
Taliban bildirib ki, onların əsas hədəfi ABŞ və Britaniya əsgərlərinə hücum olub. Hücumda 10 yaraqlı iştirak edib.
Xatıladaq ki,28 yaşlı şahzadə Əfqanıstanda ilk dəfə 10 həftəlik hərbi xidmətini 2007-2008-ci illərdə çəkib.
Hazırda o, «Apaçi» vertolyotunun komandiri vəzifəsində xidmət edir. Şahzadə 2012-ci ilin fevralında Britaniya və ABŞ-da keçdiyi təlimdən sonra imtahan verib.
«Kemp Bastion» isə hazırda dünyanın ən yüklənmiş hava limanıdır. Ekspertlərə görə, elə məhz şahzadənin orada olması ehtimalı talibanın bazaya hücumuna səbəb olub.
Sədrəddin Soltan

1810