İsrail-Türkiyə münasibətləri düzələ bilər
14 sentyabr 2012 19:56 (UTC +04:00)

İsrail-Türkiyə münasibətləri düzələ bilər

İsrail Türkiyə ilə münasibətləri qaydaya salmağın yollarını axtarır. Lent.az-ın verdiyi məlumata görə, İsrail baş naziri Binyamin Netenyahu “Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, Türkiyə və İsrailin bir çox ortaq maraqları var, münasibətləri normallaşdırmaq üçün bir yol tapmaq, yenidən faydalı dialoqa başlamaq hər iki tərəfin marağına uyğundur.

İsrail və Türkiyənin Suriya ilə sərhədi olduğunu söyləyən Binyamin Netenyahu hər iki ölkənin sabit və sülh şəraitin yaşayan Suriya görmək istədiyinə əmin olduğunu vurğulayıb. O, münasibətlərin pozulmasına yol açan 2010-cu ildə Mavi Mərmərə gəmisi ilə bağlı olayla əlaqədar Türkiyədən üzr istənilməsi yollarının axtarıldığını da dilə gətirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783

Oxşar yazılar