Tacikistan və Özbəkistan sərhədçiləri arasında atışma
Lent.az-ın “vesti.uz” saytına istinadən verdiyi məlumata görə, atışma Özbəkistanın Cizak vilayətinin Zaamin rayonunda olub.
Tacikistan sərhədçiləri Özbəkistan ərazisinə daxil olub, özbək sərhədçilərə 30 dəfə atəş açıblar. Özbəkistan sərhədçiləri cavab atəşi açmayıb. Nəticədə bir özbək sərhədçi yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Tacikistanın “Xovar” agentliyi isə ölkənin Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Baş İdarəsinə istinadən fərqli məlumat yayıb. Məlumatda qeyd edir ki, olay sentyabrın 11-də sərhəddə, paytaxt Düşənbədən 230 kilometr şimal-qərbdə baş verib. Tacikistan tərəfi iddia edir ki, atlı özbək sərhədi Tacikistanın dövlət sərhədini pozub və mobil telefon kamerası ilə sərhəd yaxınlığında kənd təsərrüfatı ilə məşğul olan tacik işçiləri çəkməyə başlayıb. Tacik sərhədçilər qışqıraraq özbək sərhədçinin geri qayıtmasını tələb ediblər. Lakin o, buna məhəl qoymayıb. Bundan sonra tacik sərhədçilər özbək sərhədçini saxlamağa qərar veriblər. Lakin tacik sərhədçilərin planını yaxınlıqdakı özbək sərhəd dəstəsi pozub. Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Baş İdarəsi ilk atəşin məhz özbək sərhədçinin saxlanılmasına mane olmaq istəyən özbək sərhəd dəstəsi tərəfindən açdığını iddia edir. Bu atəş nəticəsində Tacikistan sərhədini pozan özbək sərhədçini tutmaq mümkün olmayıb, o, geri qayıdıb. Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Baş İdarəsi tacik sərhədçilərin müdafiə olunmaq üçün cavab atəşi açdığını bəyan edib.
Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Baş İdarəsinin məlumatında qeyd edilir ki, tacik tərəfi məsələnin rəsmən araşdırılmasını gözləyib, lakin özbək tərəfi olay barədə informasiyanı mətbuata ötürərək tacik sərhədçiləri günahlandırıb. Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Baş İdarəsi atışma zamanı bir özbək sərhədçinin yaralanmasını nə təkzib, nə də təsdiq edib...

1265