Cənubi-Şərqi Asiyadan qorxulu xəbər
Çin və Yaponiya arasında mübahisə mövzusu olan Senkaku (Dyaoyuydao) adaları ətrafında vəziyyət gərginləşir. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu gün səhər Çin Senkaku (Dyaoyuydao) adaları sahillərinə eyni vaxtda 6 hərbi gəmidən ibarət donanma göndərib.
Yaponiya Sahil Xidməti bu hərbi gəmilərdən 2-nin sonradan beynəlxalq sulara daxil olduğunu açıqlayıb. Çin hərbi donanması həmin vaxt adaların sahillərində olan Yaponiya patrul gəmilərinin dərhal bu bölgəni tərk etməyi tələb edib. Adalar olan bölgəni tərk etməyən Yaponiya hərbi gəmiləri hər hansı addım atmayıb. Tokioda yaranmış vəziyyətlə bağlı baş nazir yanında Böhran Mərkəzi yaradılıb.

2049