Misirdə Amerika səfirliyinə hücumda 200 nəfər yaralandı
14 sentyabr 2012 07:34 (UTC +04:00)

Misirdə Amerika səfirliyinə hücumda 200 nəfər yaralandı

Misirdə gənclərin ABŞ səfirliyinə hücum etməsi nəticəsində 200 nəfərə qədər insan xəsarət alıb.

APA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, səhər vaxtı başlanan və gecəyə kimi davam edən iğtişaşlarda 8 nəfər yaralanaraq hospitala çatdırılıb, qalanlarına yerindəcə tibbi yardım göstərilib.

Verilən xəbərə görə, “Müsəlmanların günahsızlığı” filminə etiraz edən nümayişçilər səfirliyi mühafizə edən polis əməkdaşlarını daşa basıblar, polis isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, iki gündür etirazçılar səfirliyin binasına daxil olmağa cəhd edirlər. Hərbiçilər aksiya iştirakçılarını Qahirənin ABŞ səfirliyi yerləşdiyi rayondan çıxarmağa müvəffəq olublar. Lakin etirazçılar Təhrir meydanında cəmləşməyə başlayıblar.

Misir DİN-i gəncləri yalnız dinc metodlarla etirazlarını bildirməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913

Oxşar yazılar