Yəmənlilər də ABŞ-a etiraz etdi
13 sentyabr 2012 15:31 (UTC +04:00)

Yəmənlilər də ABŞ-a etiraz etdi

Yəmənin paytaxtı Sənada ABŞ-da istehsal olunan anti-İslam filminə qarşı nümayiş keçirilib. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, nümayiş iştirakçıları ABŞ-ın Yəməndəki Səfirliyinə hücum ediblər. Etiraz iştirakçılarını dağıtmaq üçün polis xəbərdarlıq atəşi açıb. Səfirliyin işçiləri isə etibarlı yerə aparılıb.

Qeyd edək ki, “Müsəlmanların günahsızlığı” filminə etiraz olaraq dünyanın bir neçə ölkəsində aksiya keçirilir. Liviyanın Benqazi şəhərində keçirilən aksiya zamanı isə ABŞ-ın bu ölkədəki səfiri və daha 3 diplomat qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 818

Oxşar yazılar