“Allahsızlara” təhlükəsizlik zəmanəti
0
0
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Konstitusiya Komissiyası son iki gündə ən əsas məsələlər sırasında yer alan din və vicdan azadlığı ilə bağlı maddələri müzakirə edib.
Komissiya üzvləri ateistlərə Konstitusiya ilə təhlükəsizlik zəmanəti verilməsi məsələsində razılığa gəliblər. Həmin maddədə yazılır ki, “hər kəs din və vicdan azadlığına malikdir, bu azadlıq dinə inanma, inanmama və dinini dəyişdirməni də əhatə edir”. Ancaq komissiya üzvləri dünyəvilik məsələsi ilə bağlı hələ razılığa gələ bilməyiblər. CHP və MHP dünyəvilik məsələsinin qırmızı xətt sayır, şəriət dövlətinə qarşı qabaqlayıcı bir tədbir kimi maddədə əksini tapmasını istəyir. Başqa sözlə, 24-cü maddədə “heç kim dövlətin sosial, iqtisadi, siyasi və hüquqi dayaqlarını qismən də olsa dini təməllərə dayandıra və ya şəxsi məqsədlərini təmin etmək üçün dində müqəddəs sayılan şeyləri istismar edə bilməz” sözlərinin yazılmasını istəyir. AKP isə maddənin bu formada yazılmasına qarşı çıxıb. Tərəflər razılığa gələ bilmədiyi üçün komissiya bu məsələnin ekspertlərin iştirakı ilə yenidən müzakirəyə çıxarılmasına qərar verib.