ABŞ-ın Liviya müsibəti – TƏFƏRRÜAT
13 sentyabr 2012 12:06 (UTC +04:00)

ABŞ-ın Liviya müsibəti – TƏFƏRRÜAT

0
Sentyabrın 12-də ABŞ-ın Liviyanın Benqazi şəhərindəki konsulluğuna hücum və ABŞ-ın bu ölkədəki səfiri Christopher Stevens də daxil olmaqla, 3 diplomatın öldürülməsinin təfərrüatları məlum olub. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Liviya daxili işlər nazirinin müavini Venis eş-Şərif deyib ki, ABŞ-da Məhəmməd peyğəmbərin təhqir edildiyi iddia olunan filmə cavab olaraq Benqazidə “Ensaruş Şeria” (“İslamın müdafiəçiləri”) adlı radikal dini qrupun 50 üzvü konsulluğa hücum çəkib.

Qrup konsulluğa hücum zamanı qumbaraatanlardan istifadə edib, daha sonra avtomatlardan konsulluğun mühafizəçilərini atəşə tutublar. Qısa müddət davam edən atışmadan sonra konsulluğun mühafizəçiləri təslim olmaq məcburiyyətində qalıblar. Qrup üzvləri konsulluq binasına daxil olaraq binanı yandırıb, yanıq xəsarəti almış səfirin qaçmaq istədiyi maşını da qumbaraatanla vurublar. Ağır vəziyyətdə olan səfir Benqazi Tibb Mərkəzinə gətirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Olay zamanı 3 ABŞ diplomatı da öldürülüb. Venis eş-Şərif bildirib ki, ABŞ səfiri Tripolidəki səfirlikdən Benqaziyə konsulluğu təftiş etmək üçün gedibmiş.

Artıq ABŞ təhqiqata başlayıb. Liviya Daxili İşlər Nazirliyi konsulluğa hücumun “Ensaruş Şeria” adlı radikal dini qrup tərəfindən həyata keçirildiyini açıqlasa da, ABŞ 11 sentyabr olaylarının ildönümündə həyata keçirilən bu hücumda “Əl-Qaidə” terror təşkilatının əli olduğundan şübhələnir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2222

Oxşar yazılar