Dağıstanda polis postuna hücum olub, döyüş gedir
13 sentyabr 2012 10:51 (UTC +04:00)

Dağıstanda polis postuna hücum olub, döyüş gedir

Dağıstanın Xasavyurt rayonunun Qadari kəndi yaxınlığında polis postu atəşə tutulub. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, nəticədə bir polis öldürülüb, bir neçə nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə Xasavyurt rayon xəstəxanasına çatdırılıblar.

Bu dəqiqələrdə isə Dağıstanın Unsukul rayonunun Balaxanı kəndində yaraqlılarla xüsusi-təyinatlılar arasında döyüş gedir. Məlumata görə, kənddəki evlərin birində mühasirəyə alınan yaraqlılar hüquq-mühafizə orqanlarının təslim olmaq çağırışlarına məhəl qoymayıblar və döyüşə giriblər. Hələlik bir nəfər xüsusi təyinatlının ağır yaralandığı barədə xəbər yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar