Hələbdə öldürülən “Əbu Hüneyfə” Azərbaycan vətəndaşı deyilmiş - FOTO
13 sentyabr 2012 10:45 (UTC +04:00)

Hələbdə öldürülən “Əbu Hüneyfə” Azərbaycan vətəndaşı deyilmiş - FOTO

Lent.az-ın məlumatına görə, bu barədə Suriya Cihad Hərəkatına yaxın KİV-lər məlumat yayıblar.

Məlumatda deyilir ki, “əl-Mühacir” noqay millətindəndir və Kabardin-Balkar Respublikası vətəndaşıdır. Sadəcə olaraq, Suriyaya Azərbaycandan getdiyi üçün onun Azərbaycan vətəndaşı olduğu güman edilirmiş. “Əl-Mühacir” iki aydır, Suriyada döyüşürmüş. Onun iki övladı qalıb. Kiçik qızı isə ümumiyyətlə atasını görməyib.

Xatırladaq ki, bir qədər əvvəl Suriya Cihad Hərəkatının mənbələri Hələb uğrunda gedən döyüşlərdə bir azərbaycanlının həlak olması barədə xəbər yayılmışdı. Həmin məlumatda “Əbu Huneyfə əl-Mühacir” ləqəbli Azərbaycan vətəndaşı olduğu bildirilirdi.

Xəbərdə o da deyilirdi ki, “əl-Mühacir” Suriyada müxalif cəbhəsi tərəfində könüllü vuruşurmuş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593

Oxşar yazılar