Misirdə ABŞ səfirliyinə hücum davam edir - FOTO
ABŞ-da çəkilən və Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilən filmdə bağlı Misirdə etiraz aksiyaları davam edir.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qahirədə ABŞ səfirliyinə hücum çəkən və səfirliyə daxil olmaq istəyən kütlənin qarşısını almaq üçün hərbçilər və polis gözyaşardıcı qazdan istifadə etmək, havaya atəş açmaq məcburiyyətində qalıb.
Misir Daxili İşlər Nazirliyi 6 əməkdaşının xəsarət aldığını bildirib. Təhlükəsizlik qüvvələri kütləni Təhrir meydanı istiqamətdə uzaqlaşdırmağa çalışır. SNN isə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı onlarla insanın xəsarət aldığı, qarşıdurmaların səfirlikdən 100 metr kənarda davam etdiyi barədə məlumat yayıb.
Bu arada ABŞ-ın Liviya sahillərinə iki döyüş gəmisi göndərdiyi məlum olub. ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, “Labun” gəmisi yaxın günlərdə Liviya sahillərində olacaq. “Makfol” gəmisi isə bir neçə gün sonra Liviya sahillərinə istiqamət alacaq. Həmin gəmilər “Tomaqavk” qanadlı raketləri ilə təchiz olunub. Pentaqon döyüş gəmilərini göndərməkdə məqsədin Benqazidəki konsulluğunun təhlükəsizliyini gücləndirmək olduğunu açıqlayıb. Dünən ABŞ-ın Benqazidəki konsulluğu yandırılıb, ABŞ-ın bu ölkədəki səfiri və 3 diplomatı həyatını itirib.

Oxşar yazılar

Ard-arda üç dəfə güclü zəlzələ - İnsanlar küçələrə axışdı
25 avqust 2025 , 02:28
İsrail Sənanı belə vurur-Ölənlər var-VİDEO-YENİLƏNİB
24 avqust 2025 , 19:07
Lavrov şərti açıqladı
24 avqust 2025 , 18:16
Tufana görə bu adadan qaçırlar
24 avqust 2025 , 14:48
Moskvada “Uşaq aləmi”ndə partlayış-Ölən və yaralananlar var -VİDEO
24 avqust 2025 , 14:16
Rumıniya dağlarında faciə
24 avqust 2025 , 12:05
ABŞ Ukraynaya belə icazə vermir
24 avqust 2025 , 09:23