Nazarbayevdən İrana dəstək bəyanatı
13 sentyabr 2012 08:28 (UTC +04:00)

Nazarbayevdən İrana dəstək bəyanatı

“Qazaxıstan İranın sülhməramlı nüvə fəaliyyətini dəstəkləyir”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşündə bildirib.

N. Nazarbayev həmçinin deyib ki, İran-Türkmənistan və Qazaxıstan ortaq dəmir yolu layihəsinin tamamlanması zəruridir.

Qeyd edək ki, Ə. Salehi Astana şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Qazaxıstanda səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1450

Oxşar yazılar