“PEJAK” Güney Azərbaycanda yenidən fəallaşıb
12 sentyabr 2012 20:00 (UTC +04:00)

“PEJAK” Güney Azərbaycanda yenidən fəallaşıb

Tehranın razılığı və «uzaqgörənliyi» ilə Güney Azərbaycan torpaqlarına yerləşdirilən kürdlər xaricdəki havadarlarının da dəstəyi ilə fəallaşıblar. Lent.az-ın Güney Azərbaycandakı qaynaqlara istinadən məlumatına görə, terrorçu «PEJAK»a bağlı kürdlər Güney Azərbaycanın Maku mahalının Baycan, Dibək və Qarabulaq kəndlərində talançılıq edirlər. Onlar kəndlərə basqın edərək, ot tayalarına od vurub, yüzlərlə mal-qaranı özləri ilə aparıb.

Yerli əhalinin İslam Respublikası hakimiyyətinə çox saylı müraciəti isə indiyə kimi nəticə verməyib. Ötən il İranın hərbi rəsmiləri «PEJAK»ı ölkədən «təmizlədiklərini» bəyan etsə də sonra baş verənlər bunun elə söz olaraq, qaldığını təsdiqlədi.

Keçən ilin payızında bu terrorçu qurum İrana «atəşkəslə» bağlı müraciət etmişdi. «PEJAK»-ın sözçüsü Şirzad Kanagər məsələ ilə bağlı bildirmişdi: «Biz İran tərəfi ilə aramızda yaranmış münaqişə ilə bağlı danışıqlara başlamaq istəyirik. Silahlı qarşıdurma bu fikir ayrılığını aradan qaldıra bilməz, əksinə dərinləşdirər. Əgər sülh elan olunmazsa, o zaman məsuliyyət Tehranın boynunda qalacaq».

Görünür, İran hərbçilərinin «PEJAK»-ı «ölkədən təmizlədikləri» haqda verdikləri bəyanat elə terrorçularla «atəşkəs» məsələsində razılaşmaları olub. Yaxud ehtimal etmək olar ki, terrorçu Tehrandan həm də Güney Azərbaycan ərazisindən yerli türkləri, müdafiəsiz kəndliləri bu sayaq torpaqlarından çıxarmaqdır.

Müşahidəçilərin fikrincə, «PEJAK»çıların bu əməli sadəcə talan deyil, onlar həm də bu yolla yerli əhali arasında vahimə yaratmaqla bölgənin təhlükəli olduğu haqda rəy yaratmağa, bununla da türklərin oraları tərk etməsinə nail olmaq istəyirlər.

Hələ bu ilin avqustunda «Today’s Zaman» qəzeti İranın İraqla həmsərhəd bölgələrində terrorçu PKK-nın təlim düşərgəsinin olduğunu və orada kürd terrorçularının təlim keçdiyi haqda məlumat yaymışdı.

Qəzetin yazdığına görə, Türkiyə Hərbi Hava Qüvvələrinin endirdiyi hava zərbələri qarşısında itki verən bu terrorçular İran-Türkiyə rayonundakı köhnə bazalarına da daşınıblar. Mətbu orqan bildirib ki, İnqilab Keşikçiləri Qvardiyası «PEJAK»a qarşı əməliyyatından sonra onlar terrorçu PKK-nın bazalarına sığınıblar.

Xatırladaq ki, ötən il «PEJAK» Güney Azərbaycanın qərb bölgəsində, Xoy şəhərinin prokuroru Vəli Hacı Quluzadəni də qətlə yetirmişdi. Bu haqda mərkəzi Urmiya olan Qərb Azərbaycan əyaləti icra hakimiyyətinin açıqlama verilmişdi.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1221

Oxşar yazılar