Rəhim Qazıyevin general dostu ölüm ayağında - FOTO
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, general iki gün əvvəl dostlarının birinin ad günündə olub. İlkin versiyaya görə, o, süfrəyə verilmiş göbələkdən zəhərlənib.
Məlumata görə, məclisdən qayıdan Qraçov özünü pis etməyə başlayıb və az sonra huşunu itirib. Təcili yardımla hospitala aparılan Pavel Qraçovun vəziyyəti ağır olaraq qalır.
Qeyd edək ki, Qraçov Rusiya müdafiə naziri işləyərkən Azərbaycanın həmin vaxt müdafiə naziri olmuş Rəhim Qazıyevlə yaxın münasibətləri olub. O dövrdə Rusiya qoşunları Azərbaycandan çıxarılarkən Qraçov buna bərk müqavimət göstərib. Qraçov və Qazıyev hər ikisi vəzifədən getdikdən sonra da onların münasibətləri davam edib.

4204