Pakistanda yenə fabrik yandı: 60 ölü
12 sentyabr 2012 11:09 (UTC +04:00)

Pakistanda yenə fabrik yandı: 60 ölü

Bu gün Pakistanın Kəraçi şəhərində tikiş fabrikində baş verən yanğın nəticəsində ən azı 60 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, xəsarət alanlar xəstəxanalara yerləşdirilirlər. Yanğının səbəbi araşdırılır.

Qeyd edək ki, dünən də Pakistanda yanğın faciəsi yaşanıb. Lahor şəhərində ayaqqabı fabrikində baş verən yanğın nəticəsində 25 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 949

Oxşar yazılar