Sabiq baş nazir dələduzluğa görə saxlanıldı
11 sentyabr 2012 17:29 (UTC +04:00)

Sabiq baş nazir dələduzluğa görə saxlanıldı

Lent.az-ın “Mond” qəzetinə istinadən verdiyi məlumata görə, Dominik de Vilpen “Relais & Chteaux” Assosiasiyası ətrafında yaranmış qalmaqalla bağlı saxlanılıb.

“Relais & Chteaux” 1954-cü ildə yaranıb, dünyanın 60 ölkəsində yerləşən 500 müstəqil restoran və hoteli öz ətrafında birləşdirir. Keçən ilin noyabrında polis “Relais & Chteaux” Assosiasiyasının sabiq rəhbəri, Dominik de Vilpenin yaxın dostu olan Reji Bulonu mütəşəkkil cinayətkar dəstənin tərkibində dələduzluq törətməkdə ittiham edərək saxlayıb. İstintaq Reji Bulonun 2002-2008-ci illərdə gizli komisyon ödəmələrindən 1,6 milyon avro oğurladığını üzə çıxarıb. Təhqiqatçılar Dominik de Vilpenin 2005-2007-ci illərdə baş nazir olarkən dostunun cəzadan qurtulması üçün ona necə kömək etməsi ilə maraqlanır. Məsələ ondadır ki, az əvvəl Dominik de Vilpenlə Reji Bulo arasında telefon danışığı üzə çıxıb. Həmin telefon danışığı zamanı sabiq baş nazir deyir ki, “Relais & Chteaux” Assosiasiyasının yeni rəhbərliyi Reji Bulonun dələduzluğundan xəbər tutsa da, o, yeni rəhbərliyin polisə müraciət etməsinin qarşısını alıb...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2720

Oxşar yazılar