“Təslim etməyəcəyik...”
Azərbaycana səfərdən əvvəl mətbuat konfransı keçirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın vitse-prezidenti Tarix əl-Haşimi barədə bazar günü ölkəsində verilən edam qərarına münasibət bildirib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyəyə sığınan Tarix əl-Haşiminin İraqa təslim edilməyəcəyini bəyan edən Rəcəb Tayyib Ərdoğan deyib ki, o, istədiyi qədər Türkiyədə qala bilər. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, 10 ildir, Tarix əl-Haşimini tanıyırlar: “Biz onun statusuna, davranışlarına yaxşı bələd olan bir ölkə və siyasətçilərik. O, haqqında edam qərarı verilməyə səbəb olacaq heç bir addım atmayıb. Tarix əl-Haşiminin bir çox yaxını İraqda həyatını itirib. O, İraqda heç bir xoşagəlməz olayda iştirak etməyib. Çox açıq deyirəm ki, əgər Tarix əl-Haşimi Türkiyədən istənsə, buna rədd cavabı verəcəyik. Tarix əl-Haşimi istədiyi qədər Türkiyədə qala bilər”.
Qeyd edək ki, İraq məhkəməsi Tarix əl-Haşimini terror aktlarını planlaşdırmaqda günahkar sayaraq haqqında edam hökmü çıxarıb. Tarix əl-Haşimi İraqda məhkəmələrin Nuri əl-Maliki hökumətinin təsiri altında olduğunu və obyektiv qərar vermədiyini bəyan edib.

1320