Əhmədinejad danışdı, nə danışdı: “Düşmənlər buludları məhv edir”
11 sentyabr 2012 15:09 (UTC +04:00)

Əhmədinejad danışdı, nə danışdı: “Düşmənlər buludları məhv edir”

Belə çıxışlardan birini də o, ölkənin şimalı bölgəsinə səfəri zamanı kənd təsərrüfatı sahəsindəki vəziyyətdən danışarkən edib.

Lent.az-ın «news.ru»-ya istinadən məlumatına görə, o, bölgədə kənd təsərrüfatı sahəsindəki çatışmazlıqları Qərbin «boynuna yıxıb».

Onun sözlərinə görə, dünyada iqlim dəyişməsinin günahkarı qərb ölkələridir.

«Bizi quraqlıq gözləyir. Bunun səbəblərindən biri sənayenin inkişafıdır. Bu zaman qəsdi də yaddan çıxarmamalıyıq. Düşmənlər ölkəmizin üzərinə gələn yağışlı buludları məhv edir. Buna görə də biz quraqlıqla üzləşirik. Ancaq bu savaşda biz qalib gəlməliyiik» - deyə, Əhmədinejad dünya dövlətlərinə müraciət edib.

Xatırladaq ki, bu, İran hökumət başçısının rəsmi səviyyədə ilk belə çıxışı deyil. Oxşar çıxışı Əhəmdinejad ötən il də etmişdi. Onda, o, avropalıların İran səmasını «buludsuz etdiyini» bildirmişdi.

Prezidentin müavini Həsən Musəvi isə bu ilin iyununda ölkənin Qərb bölgəsinə səfəri zamanı quraqlıqdan danışarkən, İranın Cənub-Qərbini bürümüş bu təbii fəlakətdə Qərbi suçlamışdı: «Müstəmləkəçilər öz texnologiyalarından istifadə edərək, İranda quraqlıq yaradırlar».

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3143

Oxşar yazılar