İran spirt istehsalını artırır
İranın Hörmüzqan əyalətinin Hacıabad şəhristanında xurmadan və onun tullantılarından etil spirti istehsal edəcək zavodun tikintisi başa çatıb.
Lent.az-ın «İRİBnyus»-a istinadən məlumatına görə, kənd təsərrüfatı sənayesi təşkilatının idarə direktoru Dirbaz Hacıabadda tikilmiş zavodun xurmadan spirt istehsal edən ikinci müəssisə olduğunu söyləyib. İlk belə müəssisə artıq Fars əyalətində inşa olunub və fəaliyyətdədir. Yeni zavodun bir aydan sonra istismara veriləcəyi planlaşdırılıb.
Hacıabaddakı bu müəssisə ildə 3.6 ton spirt istehsal edəcək. Məlumata əsasən, onun tikintisinə 1,22 milyon dollar sərmayə qoyulub. Zavod spirt istehsal etmək üçün hər il 10,8 min ton xurma və tullantılarından istifadə ediləcək.
Hörmüzqan əyalətində 32 ha-dan 140 min tona yaxın xurma yığılır. Fars, Xuzistan və Buşəhr əyalətlərindən sonra Hörmüzqan bu göstərici ilə ölkə üzrə 4-cü yerdədir. Əyalət spirtə olan ehtiyacını Tehran və Məşhəddə istehsal olunmuş spirtin hesabına təmin edir.
Xatırladaq ki, etil spirtindən yalnız spirtli içkilərdə deyil, eləcə də tibb sahəsində istifadə olunur.
Sədrəddin Soltan

1350