Dünyanı qana çalxayan tarix: rəqəmlərin dəhşəti
…Bu kiçik kafedə İsmayılla məndən başqa heç kim yox idi. Elə biz də durub getmək istəyirdik. Sadəcə ofisiantı gözləyirdik ki, hesabı verək. Kafenin o biri başında qoyulmuş televizorda isə əcaib kadrlar göstərilirdi; təyyarələr bir-bir binalara çırpılır, toz-duman hər tərəfi bürüyüb, insanlar təlaşla qaçırlar.
- Yaxşı çəkiblər...
İsmayıl bunu deyib, bir pivə də sifariş etdi.
- Mənasız Hollivud filminə oxşayır... - mən dillənirəm.
- Nə olsun, gör necə çəkilib! Qaqaş, o nə kinodu?
İsmayılın sualına ofisiantın cavabı qısa və konkret oldu:
- Amerikanı partladıblar…
Biz yerimizdən qalxıb Amerikanın necə partladılmasına baxmağa başladıq. İçkinin təsirindən kino zənn etdiyimiz olaylara, dünyanın siyasi gündəmini dəyişmiş kadrlara…
…Düz 11 il əvvəl…
***
Düz 11 il əvvəl, 2011-ci il, sentyabr ayının 11-də, yerli vaxtla saat 08:46-da Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin “əkiz qüllələr”indən birinə - şimal qülləsinə “American Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi çırpıldı. 09:03 radələrində isə cənub qülləsi buna bənzər hücuma məruz qaldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ-ın Müdafiə Nazirliyinin binası - Pentaqon da vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.
Bu, kino deyildi. Bu real savaş səhnələri idi. Amerika heç vaxt öz torpağında müharibəylə üzləşməmişdi.
Bu, artıq müharibə idi.
***
...Hadisə nəticəsində 2977 nəfər həlak oldu. Onlardan 2606 nəfəri “əkiz qüllələr”də dünyasını dəyişdi. Terror qurbanlarından 246-sı təyyarə sərnişinləri və onların heyəti, 125-i isə Pentaqona edilən analoji hücum zamanı orada ölənlər idi. ABŞ-dan əlavə, terror aktının qurbanları içərisində daha 91 dövlətin vətəndaşları vardı. MDB məkanı ölkələrindən isə terror olaylarında 96 nəfər həlak olmuşdu. Onların içində Azərbaycan vətəndaşı yox idi.
***
Amma ABŞ ona qarşı açılan savaşa savaşla cavab verdi. 11 sentyabr hadisələrindən sonra bu superdövlət tez özünə gəldi. Terrorçuluğa qarşı mübarizə çərçivəsində müharibələr seriyası başlandı. Hərbi mütəxəssislərin hesablarına görə, Əfqanıstandakı müharibəyə 3,2 milyard, İraqdakı müharibəyə isə 4 milyard xərcləndi. On minlərlə koalisiya əsgəri döyüşlərdə öldü. Tək Əfqanıstana intervensiya çərçivəsində ABŞ 30 min insan itirdi.
***
Terroru kim törədib? “Əl-Qaidə”mi? ABŞ-ın xüsusi xidmət orqanlarımı? Artıq vacib deyil. Bu mövzuda müzakirələrin 11 ildir ardı-arası kəsilmir.
Yeri gəlmişkən, rəy sorğularına əsasən, Amerika xalqının 42%-i bu dövlətin 11 sentyabr hadisələri haqdakı rəsmi məlumatlarına güvənmirlər. Amerika xalqının 42 faizi inanır ki, bu hadisə haqda məsuliyyət daşıyan araşdırma komitəsi 11 sentyabr bilgilərini gizlədib.
Həmçinin bu rəy sorğusuna əsasən, Amerika xalqının 44 faizi də belə güman edir ki, Amerika prezidenti Corc Buş 11 sentyabr hadisələrindən su-istifadə edərək, İraqa hücum etdi və bu hadisələrlə öz hücumunu əsaslandırdı.
Amerika xalqının 45 faizi isə 2001-ci il 11 sentyabr hadisələrinin yenidən araşdırılmasını istəyir.
***
Bütün bu istəklərə baxmayaraq, nə indi, nə də gələcəkdə heç nəyi dəyişmək mümkün olmayacaq. Necə ki, ABŞ 11 sentyabrdan sonra tutduğu və prioritet hesab etdiyi strategiyasını dəyişmək barədə fikirləşmir də. Necə deyərlər, kino davam edir…
***
Kino demişkən, İngiltərənin “Telegraph” qəzeti 11 sentyabrdan bəhs edən ən yaxşı filmlərin siyahısını dərc edib. Siyahı yaradılarkən bütün filmlərin nəzərdən keçirildiyi bildirilib. Bəziləri deyir ki, ən bacarıqlı rejissorlar belə 11 sentyabr fəlakətini həyatda olduğu qədər dəhşətli göstərə bilməzlər.
11 sentyabr terroru haqqında ən məşhur 10 filmdən ən yaxşısı isə 2002-ci ildə çəkilmiş
”11-9-01” filmi hesab edilir. Filmin adındakı rəqəmlər yəqin sizlərə nəsə dedi.
***
Rəqəmlərdən söz düşmüşkən, 11 sentyabr hadisələri barədə faktların çoxunda da elə rəqəmlər, numerologiya önəmli rol oynayır. Özü də 11 rəqəmi. Fikir verin, hadisənin baş verdiyi Nyu-York şəhərinin ingiliscə yazılışı (New York City) 11 hərfdən ibarətdir. İzlər “Əl-Qaidə”yə - Əfqanıstana aparıb çıxarır – ingiliscə yazılışı Afghanistan. Bu sözdə də 11 hərf var.
Terroru planlaşdıran və əsas həyata keçirən şəxs Ramsin Yuseb adında da 11 hərf var. O vaxtkı ABŞ prezident Coc Buşun adında da - George W Bush.
Nyu-York ABŞ-ın 11-ci ştatıdır. Təyyarələrin birində 92 sərnişin olub: 9 + 2 = 11
Digər təyyarədə isə 65 nəfər olub: 6 + 5 = 11
Faciə 11 sentyabrda, yəni 9-cu ayda baş verib: 11.09 (1+1+0+9=11)
ABŞ-ın xilasetmə xidmətinin nömrəsinə fikir verin: - 911 (9 + 1 + 1=11) yaxud 9-cu ayın 11-i...
11 sentyabr ilin 254-cü günüdür: 2 + 5 + 4 = 11
3.11.2004-cü ildə “Əl-Qaidə” Madriddə də dəhşətli terror törətmişdi: 3 + 1 + 1 + 2 + 0 + 0 + 4 = 11
Nyu-Yorkdakı terror Madriddəki faciəli terror aktından 911 gün sonra baş verdi: 9+1+1 = 11
Və nəhayət, bunu özünüz də sınaqdan çıxara bilərsiniz.
Hamınızın kompüterində Microsoft Word proqramı var. Bir səhifə açın və həmin səhifədə Q33 NY yazın. Bu, “Əkiz qüllələr”ə çırpılan təyyarələrdən birinin nömrəsidir. Yazdığınız Q33 NY-ü seçdirin. Şriftin ölçüsünü 48-ə qədər qaldırın. Nəhayət, şrifti WINDINGS (WINDINGS 1) şrifti ilə əvəz edin. Nə gördünüz? İnanılmazdı, eləmi? Bəli, kompüter biliciləri də 11 sentyabr hadisələrini öz qabiliyyətlərinə uyğun bu cür şərh ediblər...
...Elə biz də İsmayılla kafedə ofisiantın laqeydcəsinə verdiyi fəlakət xəbərinə inanmamışdıq…
Səbuhi Məmmədli

6244