Çin və Yaponiya müharibə ərəfəsində
11 sentyabr 2012 12:34 (UTC +04:00)

Çin və Yaponiya müharibə ərəfəsində

Çinin Dyaoyuydao, Yaponiyanın Senkaku adlandırdığı adalar iki ölkə arasında müharibəyə yol aça bilər.

Lent.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Çinə məxsus iki gözətçi gəmisi adaların akvatoriyasına daxil olub.

Agentliyin məlumatında qeyd olunur ki, Çin adalar üzərindəki suverenliyini müdafiə etmək üçün plan hazırlayıb və situasiyanın inkişafı prosesində müvafiq addımlar atacaq.

Qeyd edək ki, bu gün Yaponiya hökuməti Senkaku adalarını milliləşdirdiyini elan edib. Adalar sahibindən 26 milyon dollara alınıb. Çin bu adaların tarixən ona məxsus olduğunu və XX əsrdə qanunsuz işğal edildiyini iddia edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1555

Oxşar yazılar