Türkiyədə terrorçularla toqquşma baş verib
Türkiyənin Diyarbəkir bölgəsinin Hanı və Dəclə kəndlərində polis məntəqələrinə hücum olub. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, Diyarbəkir valisi Mustafa Toprak açıqlamasında qeyd edib ki, Hanı kəndində PKK terrorçuları yola mina basdırıblar: “Həmçinin Dəclə və Hanıda təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında qarşıdurma yaranıb”.
Baş vermiş qarşıdurmaya aydınlıq gətirən vali vurğulayıb ki, Hanıda videokameralar vasitəsi ilə terrorçuların kəndə girdikləri məlum olub: “Bundan sonra təhlükəsizlik qüvvələri terrorçulara hücum həyata keçirdi. Baş vermiş qarşıdurma nəticəsində 3 PKK yaraqlısı ölü ələ keçirilib”.
Toprak onu da bildirib ki, Diyarbəkirdə geniş miqyaslı antiterror əməliyyatları başlayıb: “Havadan və qurudan başlayan əməliyyatlar davam etdirilir”.

1112