Yəməndə “Əl-Qaidə” üzvləri öldürüldü
Yəməndə həyata keçirilən hava hücumları nəticəsində “Əl-Qaidə” terror təşkilatının üzvləri məhv edilib. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, terror təşkilatının üzvü Səid əl-Sehri 5 silahdaşı ilə birgə öldürülüb.
Yəmən Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, ölkənin cənubundakı Hadramavt vilayətində evindən çıxan Səudiyyə Ərəbistanı mənşəli Səid əl-Sehri 5 silahdaşı ilə ABŞ-ın pilotsuz təyyarələri vasitəsi ilə vurulub.
Qeyd edək ki, Yəməndəki “Əl-Qaidə” terror qruplaşması adıçəkilən təşkilatın ən aktiv qolu hesab olunur.

627