Mübarəkdən sonra Misiri idarə edən marşal məhkəməyə çıxarıla bilər
10 sentyabr 2012 19:39 (UTC +04:00)

Mübarəkdən sonra Misiri idarə edən marşal məhkəməyə çıxarıla bilər

Misir baş prokuroru Əbdül Məcid Mahmud Hərbi Prokurorluğa sabiq müdafiə naziri marşal Hüseyn Tantavi və onun müavini general Sami Ananla bağlı 30 şikayət təqdim edib. Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, şikayətlər Misirdə keçən il baş verən inqilab zamanı aksiyaçılara təzyiqlərlə bağlıdır.


General Sami Anan həm də tikinti üçün Qahirə yaxınlığında qanunsuz torpaq sahəsi əldə etməkdə günahlandırılır. Əgər Hərbi Prokurorluq şikayətləri əsaslı saysa, Hüsnü Mübarəkin devrilməsindən sonra Məhəmməd Mursinin prezident seçilməsinə qədər ölkəni idarə edən Ali Hərbi Şuranın üzvü olmuş bu şəxslərə qarşı məhkəmə prosesi başlaya bilər.

Qeyd edək ki, Məhəmməd Mursi az əvvəl, avqustun 12-də müdafiə naziri və Ali Hərbi Şuranın sədri Hüseyn Tantavi, o cümlədən bir sıra hərbi vəzifəli şəxsləri istefaya göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar

HƏMAS üzvlərini  öldürən polis məktub yazıb intihar etdi

HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi

14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27
Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23