Əfqanıstan 8 yerə bölünür...
10 sentyabr 2012 13:34 (UTC +04:00)

Əfqanıstan 8 yerə bölünür...

Koalisiya qüvvələrinin 2014-cü ildə Əfqanıstanı tərk edəcək. Lent.a-ın “İndependet” qəzetinə istinadən verdiyi məlumata görə, Vaşinqton və Londonun Əfqanıstanla bağlı müzakirə etdiyi planlar arasında ölkənin 8 yerə bölünməsini əks etdirən “C planı” da var.


Bu bölünmə zamanı Əfqanıstanın iqtisadi mərkəzləri əsas götürüləcək və ölkə Kabil, Qəndəhar, Herat, Məzar-i Şərif, Qunduz, Cəlilabad, Host və Bamyanın mərkəz olacağı regionlara bölünəcək. Bu bölgələr bir və ya bir neçə xarici ölkənin nəzarətində qurulacaq və etnik qrupların təmsil olunacağı şuralar tərəfindən idarə ediləcək. Plana əsasən, hazırkı Əfqanıstan prezidenti Həmid Kərzainin rolu simvolik olacaq.


“İnderpendet” qəzetinə açıqlama verən İngiltərə Xarici İşlər Nazirliyinin rəsmilərindən Ellvood deyib ki, Əfqanıstanın müdafiəsini onun özünün öhdəsinə qoymaq ölkənin gələcəyi üçün təhlükəlidir. Onun sözlərinə görə, güclü baş nazirin rəhbərlik etdiyi yerli hökumət 2014-cü ildən sonra ölkədəki zəif mərkəzi hökumətin, tayfa narazılıqlarının və rüşvətxorluğun səbəb olacağı çətin vəziyyətin öhdəsindən gələ bilər. Ellvood bildirib ki, “Taliban” Hərəkatının da yer alacaq bir siyasi sistem Əfqanıstanın gələcək perspektivinə qarantiya verəcək.

Ancaq bu plana qarşı çıxanlar da az deyil. Əfqanıstan Araşdırma Mərkəzinin təmsilçisi Tomas Rutting deyib ki, Əfqanıstanın bu şəkildə bölünməsi müxtəlif qruplar arasında qarşıdurmalara rəvac verilməsi deməkdir: “1992-1996-cı illərdə bu qrupların pis idarəetməsi “Taliban” Hərəkatının yüksəlişinə yol açmışdı...”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar

Macarıstan Ukrayna PUA-sını vurdu

Macarıstan Ukrayna PUA-sını vurdu

15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu

Heyvanxanada 13 nəfəri ildırım vurdu

14 may 2025 , 22:22
HƏMAS üzvlərini  öldürən polis məktub yazıb intihar etdi

HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi

14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU

Rusca danışan məktəb direktoru işdən QOVULDU

14 may 2025 , 16:16
Polislərə elektrikli skuter  veriləcək

Polislərə elektrikli skuter veriləcək

14 may 2025 , 15:20
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

14 may 2025 , 13:14
Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57