Avstraliyanın baş nazirinin Rusiyaya səfəri baş tutmadı
08 sentyabr 2012 14:51 (UTC +04:00)

Avstraliyanın baş nazirinin Rusiyaya səfəri baş tutmadı

Dünən Asiya Sakit Okean İqtisadi Birliyinin sammitinə qatılmaq üçün Rusiyanın Vladivostok şəhərinə gələn Avstraliyanın baş naziri Culia Gillard atasının ölüm xəbərini alıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bunu sammitin açılışında söyləyib. Sammitə qatılan bütün liderlərin adından başsağlığı verən Vladimir Putin bu səbəbdən də Culia Gillardın sammitə qatılmadığını, tədbirdə Avstraliyanı ölkənin ticarət nazirinin təmsil edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar